Məxfilik siyasəti

Son yenilənmə: 9 sentyabr 2026

LifeHub şəxsi idarəetmə tətbiqidir: tapşırıqlar, maliyyə, musiqi, avtomobil qeydləri və digər bölmələr bir hesabda saxlanılır. Tətbiq şəxsi istifadə üçündür; məlumat satılmır, reklam məqsədilə istifadə olunmur və üçüncü tərəflərə ötürülmür.

Hansı məlumat saxlanılır

Yalnız tətbiqə özün daxil etdiyin məlumat: hesab adı, tapşırıqlar, qeydlər, əlavə etdiyin fayllar və bölmələrin öz məzmunu. Bunlar LifeHub-ın öz serverində saxlanılır.

Google Calendar ilə əlaqə

Google hesabını yalnız SƏN bağlayanda əlaqə qurulur. İcazə (https://www.googleapis.com/auth/calendar) bir iş üçün istənilir: seçdiyin təqvimlə tapşırıqlar arasında ikitərəfli uyğunlaşdırma — tapşırıqların təqvimdə hadisə kimi görünməsi və təqvimdə etdiyin dəyişikliyin tapşırığa qayıtması.

Bağlantı üçün saxlanılanlar:

  • Google-un verdiyi yeniləmə açarı (şifrələnmiş şəkildə);
  • hesabın e-poçt ünvanı — ekranda hansı hesabın bağlı olduğunu göstərmək üçün;
  • seçdiyin təqvimin kimliyi;
  • tapşırıq ilə təqvim hadisəsi arasında uyğunluq (kimlik və son dəyişmə vaxtı);
  • təqvimdən gələn hadisənin adı, izahı və vaxtı — tapşırığa çevrilmiş şəkildə.

Seçdiyin təqvimdən başqa təqvimlərin məzmunu oxunmur və saxlanılmır. Google-dan alınan məlumat üçüncü tərəfə verilmir, reklamda və ya profilləşdirmədə istifadə edilmir və süni intellekt modelinin öyrədilməsinə göndərilmir.

LifeHub's use and transfer of information received from Google APIs to any other app will adhere to the Google API Services User Data Policy, including the Limited Use requirements.

Apple iCloud təqvimi ilə əlaqə

iCloud bağlantısı CalDAV ilə işləyir. Apple ID və yalnız bu tətbiq üçün yaradılan «app-specific password» şifrələnmiş saxlanılır və yalnız seçdiyin təqvimə müraciət üçün istifadə olunur. Parol ekranda geri göstərilmir və API cavablarında qaytarılmır.

Silinmə

Təqvim bağlantısını tətbiqdən kəssən, saxlanılan açar və uyğunluq qeydləri dərhal silinir; təqvimdəki mövcud hadisələrə toxunulmur. Hesabın silinməsi ilə həmin hesaba aid bütün məlumat silinir.

Əlaqə

Suallar üçün: inagiyev@icloud.com